Bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib Bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib

Filippində hərbi helikopter qəzaya uğradı, ölənlər var

Bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib

Filippində Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə yerli “Manila Bulletin” qəzeti bildirib.

Hadisə Bukidnon əyalətinin dağlıq kəndlərindən birinin ərazisində baş verib. Qəza zamanı helikopterdə iki pilot, iki heyət üzvü və üç sərnişin olub, onların hamısı ölüb.

Qeyd edilir ki, helikopter ordu briqadasının ehtiyatının təminatı üzrə missiyanı yerinə yetirirmiş.

Helikopter tamamilə dağılıb, hazırda qəza ərazisində axtarış əməliyyatı aparılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.