Danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır Danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır

Ukrayna Minskə nümayəndə göndərməkdən imtina etdi

Danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır

Kiyev Donbass üzrə Üçtərəfli Təmas Qrupundakı nümayəndə heyətinin üzvlərini Minskə göndərməyəcək.

Bu barədə Ukrayna Baş nazirinin müavini, Ukraynanın Müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, danışıqların davam etdirilməsi üçün başqa ölkə, başqa şəhər axtarmaq lazımdır.

Qeyd edək ki, daha əvvəl Ukraynanın birinci Prezidenti, Kiyevin Donbass üzrə Üçtərəfli Təmas Qrupunda nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarına görə danışıqların Minskdə yox, başqa bir ölkədə aparılmasının mümkünlüyünü bildirib. O, Belarusa alternativ kimi İsveçi təklif edib. (APA)

AzNews.az