İsrail gəmisi hücuma məruz qaldı

Ölənlər var

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyindəki “Mercer Street” tankeri hücuma məruz qalıb.

Tanker Oman sahillərində hücuma məruz qalıb. Tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həyatını itirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını qeyd edib (report)