- Dünyanın halı
- 26 Oktyabr 2021 22:18
- 4 538
ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”
Tədbir Cenevrədə baş tutub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19-la bağlı xüsusi komitəsinin aylıq iclası keçirilib.
APA-nın “Figaro”ya istinadla xəbərinə görə, tədbir Cenevrədə baş tutub.
Komitənin rəhbəri Didiye Husin dövlətləri ÜST-nin qəbul etdiyi bütün vaksinləri tanımağa və tətbiq etməyə çağırıb. O bildirib ki, vaksinasiyanın sürətlənməsi sayəsində son aylarda yoluxma ilə bağlı vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq.
Qeyd edək ki, ÜST indiyədək “Sinopharm”, “Sinovac” vaksinlərini, həmçinin “Johnson & Johnson”, “Moderna”, “Pfizer/BioNTech” və “Astrazeneca” şirkətlərinin istehsalı olan vaksinləri tanıyıb. Tanınmayan vaksinlərin sayı ondan çoxdur.
Aznews.az