Ukraynada son vəziyyət

Peskov: Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsini öz əyalət sərhədləri əsasında baş verdiyini hesab edirik

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərini Rusiyaya birləşdirən əlavə fərmanı imzalayıb.

Beləliklə, bütün dünya dövlətlərinin və BMT-nin etirazlarına baxmayaraq tamamlanan ilhaq prosesi yalnız Rusiya ilə Ukrayna arasında davam edən müharibənin döyüş meydanında tərəflərdən birinin məğlubiyyəti ilə başa çatacaq.

Zaporojyedəki atom elektrik stansiyası ələ keçirildiyi halda, Ukrayna qüvvələrinin meydanda irəliləməsi davam edir.

“Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsini öz əyalət sərhədləri əsasında baş verdiyini hesab edirik. Bəzi bölgələrdə münaqişələr davam etsə belə, Xerson və Zaporojye vilayətləri sonda Ukrayna qüvvələrindən təmizlənəcək", - Kremlin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, ötən gün Rusiya lideri Vladimir Putin ətrafında münaqişələr yaşanan Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə keçməsi ilə bağlı fərman imzalayıb.

Züriyə Qarayeva