Keçmiş Çin liderinə anma mərasimi keçirilib

Çin noyabrın 30-da leykemiya və çoxlu orqan çatışmazlığı səbəbindən dünyasını dəyişən keçmiş prezident Cianq Ziminlə vidalaşıb.

96 yaşında vəfat edən keçmiş Çin liderinə anma mərasimi keçirilib.Prezident Si Cinpin və Komunist partiyasının tanınmış şəxsləri mərasimdə iştirak ediblər.Mərasim Ciang üçün 3 dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.

Aznews.az xəbər verir ki,mərasimdəki çıxışında Si bildirib ki, Ciang 1980-90-cı illərin siyasi qarışıqlıqlarında sosialist sistemi qoruyaraq iqtisadi islahatlara və inteqrasiyaya nail olub.
Anma mərasimi üçün ölkədə milli matəm elan olunduğu üçün Tienanmin meydanında Çin bayrağı yarıya qədər endirilib.

Bütün dövlət KİV-lərinin internet saytları və mobil proqramları, eləcə də Meituan, Alibaba, JingDong kimi onlayn alış-veriş və sifariş platformalarının istifadəçi interfeysləri yas əlaməti olaraq ağa-qaraya çevrilib.

Mövsüm