Yaponiya NATO-dakı dostları ilə döyüş təyyarələri hazırlayacaq

Sakit okeanda regional təhlükələr qarşısında Yaponiya NATO çərçivəsində dost ölkələrlə müdafiə sahəsində əməkdaşlığını sürətləndirir.

Aznews.az xəbər verir ki, Hökumət layihəni Kişida Fumio iyunda Madriddə keçirilən NATO Sammitində iştirak edən "ilk Yaponiya baş naziri" olduqdan sonra elan edib.
Müvafiq olaraq, Yaponiya, İngiltərə və İtaliyanın birgə istehsalı olan yeni nəsil döyüş təyyarələri 2035-ci ilə qədər hazırlanacaq.

Layihə ilə "uzunmüddətli müdafiə əlaqələri" qurulacaq, qabaqcıl hərbi imkanlar və texnoloji üstünlüklər sürətləndiriləcək və təchizat zəncirləri gücləndiriləcək.

Mövsüm