- Dünyanın halı
- 2 Fevral 2023 11:55
- 2 927
NATO və Yaponiyanın Rusiyaya qarşı sanksiyaları saxlamaq öhdəliyi

Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinə sadiqdirlər.
Aznews.az xəbər verir ki, Şərqi Asiya səfəri çərçivəsində Yaponiyada olan Stoltenberq paytaxt Tokioda Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa ilə görüşündə ikitərəfli əlaqələr və regional məsələləri müzakirə edib.
Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, hər iki tərəf Hind-Sakit okean regionunda təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparıb və Yaponiya ilə NATO arasında daha sıx iş aparmaq barədə razılığa gəliblər.
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-Ukrayna müharibəsinin yaratdığı qlobal təhlükələrə diqqət çəkib və NATO ilə Yaponiya arasında daha möhkəm əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Mövsüm