Ukraynada yeni daxili işlər naziri və kəşfiyyat rəhbəri təyin edilib

Ukraynada İqor Klimenko daxili işlər naziri, Vasil Malyuk isə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri təyin edilib.

Aznews.az xəbər verir ki, Son 4 ildə Ukrayna polisinin rəisi vəzifəsində çalışan 51 yaşlı İqor Klemenko daxili işlər naziri Denis Monastirskinin yanvar ayında helikopter qəzasında həlak olmasından sonra daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Vasil Malyuk ötən ilin iyulunda SBU-nun sədri İvan Bakanovun vəzifəsindən azad edilməsindən sonra SBU-nun rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib.

Mövsüm