Almaniyada ixtisaslı mütəxəssis çatışmazlığı pik hədə çatıb

Almaniyada hazırda iqtisadiyyatın nisbətən aşağı inkişaf tempinə baxmayaraq, ixtisaslı kadrların çatışmazlığı rekord səviyyəyə çatıb.

Aznews.az xəbər verir ki, keçən il Almaniyada 630 min vakant iş yeri olub.

Alman İqtisadiyyatı İnstitutunun tədqiqatlarına əsasən, bu, 2010-cu ildən sonra qeydə alınan ən yüksək göstəricidir.

Orta hesabla, sosial kömək, tərbiyə, o cümlədən tikinti, arxitektura sahələrində hər 10 yerdən 6-ı vakantdır. Coğrafiya və informatika sahələrində də kadr çatışmazlığı müşahidə olunur. Kommersiya xidməti, ticarət, mehmanxana biznesi və turizm sahəsində hər 10 iş yerindən 3-ü boşdur.

Hazırda Almaniyada informatika, elektrotexnika, inşaat işlərinin planlaşdırılması və nəzarət üzrə ali təhsilli ekspertlərə böyük ehtiyac var. Bu sahələrdə 10 iş yeridən 9-u vakantdır.

Ekspertlər hesab edirlər ki, miqrasiya olmadan Almaniyada ixtisaslı mütəxəssis çatışmazlığı problemini həll etmək mümkün deyil.