Şimali Koreya milli inkişaf üçün kosmik tədqiqatları “vacib” sayır

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ətraf mühitin mühafizəsi nazirinin müavini, poçt və telekommunikasiya nazirinin müavini, meteorologiya və aviasiya rəsmilərindən kosmos tədqiqatları ilə bağlı rəylər alıb.

Aznews.az xəbər verir ki, Yonhap-ın xəbərinə görə, rəsmilər “kosmik sənayenin qurulması milli inkişaf və insanların həyatının yaxşılaşdırılması üçün əvəzsiz layihədir” fikrini müdafiə ediblər.

Ətraf mühitin mühafizəsi nazirinin müavini Con Çol-su qeyd edib ki, kosmosa daha çox peyk göndərilərsə, ölkədə torpaq idarəçiliyi və təbii fəlakətlərə qarşı mübarizə tədbirləri gücləndiriləcək.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ötən həftə Milli Aeronavtika və Kosmosun İnkişafı Administrasiyasına səfəri zamanı aprelin sonunadək 1 nömrəli hərbi kəşfiyyat peykinin orbitə buraxılması barədə göstəriş verib.

Ölkənin ilk hərbi casus peykinin buraxılması üçün bütün hazırlıqların tamamlandığını qeyd edən Kim, Şimali Koreyanın kəşfiyyat məlumat toplama qabiliyyətini yaxşılaşdırmaq üçün bir neçə peykin orbitə buraxılması lazım olduğunu bildirib.

Mövsüm