Qurana hücumlar BMT İnsan Haqları Şurasının da gündəmində olacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının (İHŞ) 54-cü sessiyasında dünyada gündəm olan aktual mövzular, eləcə də bəzi Avropa ölkələrində Qurana hücumlar müzakirə olunacaq.

Çex Respublikasının BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi, BMT İnsan Hüquqları Şurasının 2023-cü il müddətində sədri olan səfir Vatslav Balek 11 sentyabr-13 oktyabr tarixlərində İHŞ-nın 54-cü sessiyası üçün mətbuat konfransı keçirib.

Balek BMT-nin Cenevrə ofisində keçirilən görüşdə bildirib ki, bu, Birləşmiş Millətlər Təşkilatının tarixində ən uzun İHŞ sessiyası olacaq.

Gündəmlərinin gərgin olacağını deyən Balek sessiyada bir çox ölkədə insan haqları ilə bağlı vəziyyətin müzakirə ediləcəyini və iclas zamanı 130-a yaxın hesabatın dərc olunacağını bildirib.

İHK çərçivəsində Ukraynadakı hadisələrin müzakirəyə davam edəcəyini vurğulayan Balek Əfqanıstan, Sudan, Myanma və digər ölkələrdəki isti hadisələrin də müzakirə ediləcəyini bildirib.

Mövsüm

Aznews.az