Çili ilə Pasxa adası arasında 6,1 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Çili sahilləri ilə Pasxa adası arasında 6,1 bal gücündə zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti öz saytında məlumat yayıb .

Zəlzələ Cənubi Amerikanın qərb sahilindən 2160 km və Pasxa adasındakı ən yaxın Anqa Roa yaşayış məntəqəsindən 1477 km aralıda qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Mövsüm