İndoneziyada vulkan püskürməyə başlayıb

İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb.

"Aznews.az" xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Riskin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavana deyib.

"Şərqə doğru gedən güclü boz kül sütunu müşahidə edilib. Püskürmə hələ də davam edir", - deyə o bildirib.

Kül vulkanın zirvəsindən 3 min metr yüksəkliyə qalxıb. Vulkanın hündürlüyü 2891 metr təşkil edir.