- Qərb
- 15:27
- 1 569
İsveçrədə 80 sərnişin daşıyan qatar relsdən çıxıb
İsveçrənin Valais kantonunda bazar ertəsi səhər sərnişin qatarı relsdən çıxıb.
Yerli polisin sosial şəbəkədə yaydığı məlumata görə, hadisə təxminən saat 07:00 radələrində baş verib.
Səlahiyyətli qurumlar ərazidə müdaxilə işlərinin davam etdiyini və qəza nəticəsində yaralananların olduğunu açıqlayıb.
Polis "Frans Press Agentliyi"nə (AFP) bildirib ki, qəzanın dəqiq səbəbləri və xəsarət alanların sayı ilə bağlı hələlik ətraflı məlumat yoxdur.
Qəzanın səbəbi qar uçqunu ola bilər
İsveçrə Radio və Televiziyasının (RTS) məlumatına görə, qatar Goppenştayn ilə Briq şəhərləri arasında hərəkət edirmiş. Yerli mətbuatın yazdığına əsasən, hadisə zamanı qatarda təxminən 80 sərnişin olub.
Federal Dəmir Yolları (CFF) isə açıqlamasında bildirib ki, bölgədə baş verən qar uçqunu səbəbindən Goppenştayn–Briq marşrutu üzrə qatarların hərəkəti fevralın 17-si saat 04:00-dək dayandırılıb.
Nəqliyyatda fasilələr yaranıb
Qəzanın baş verdiyi xətt üzrə reyslərin ləğv edilməsi nəqliyyatın hərəkətində aksamalara səbəb olub.
Qatarın birbaşa qar uçqununa çırpıldığı, yoxsa relslərdə yığılan qar səbəbindən relsdən çıxdığı hələlik dəqiqləşməyib. Hadisə yerində araşdırmalar davam edir.
Mövsüm,
AzNews.az