Böyük Britaniyada Ukraynanın NATO-ya üzvlüyünə münasibətdən danışıblar

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kemeron Ukrayna-NATO Şurasında müttəfiqləri “Ukraynanın alyansa üzvlüyü istiqamətində əməli addımlar atmağa” çağırıb.

Bu barədə Böyük Britaniyanın Avropa işləri üzrə naziri Leo Doçerti məlumat verib.

Doçerti tərəfindən verilən məlumat Britaniya İcmalar Palatasının üzvü Cim Şennonun parlament sorğusuna cavab idi. O, Kemerondan "Ukraynadakı siyasi və təhlükəsizlik vəziyyəti ilə bağlı avropalı həmkarları ilə nə kimi son müzakirələr apardığını" soruşub.

Böyük Britaniyanın Avropa üzrə naziri müraciətə cavab olaraq dövlətin avropalı həmkarları ilə Ukraynadakı vəziyyəti müzakirə etməkdə davam etdiyini vurğulayıb və bu məsələnin qaldırıldığı Kemeronun konkret görüşlərini sadalayıb. O, digər məsələlərlə yanaşı, Ukraynanın Şimali Atlantika Alyansına üzvlük məsələsi ilə bağlı Xarici İşlər Nazirliyi rəhbərinin mövqeyindən danışıb.

Mövsüm

Aznews.az