Ankara Lavrovun Türkiyənin xarici işlər naziri ilə görüşü barədə məlumat yayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən G20 nazirlərinin toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Bu barədə Türkiyə diplomatik xidmətinin X sosial şəbəkəsindəki (keçmiş Twitter) hesabında məlumat verilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı öz Teleqram kanalında təsdiqləyib. O, girişi müvafiq fotoşəkillə müşayiət edərək “Rioda Rusiya-Türkiyə danışıqları” haqqında məlumat verib.

Mövsüm

Aznews.az