Devid Kemeron: İsrailə dəstəyimiz qeyd-şərtsiz deyil

"Əlbəttə, bu dəstək qeyd-şərtsiz deyil. Biz uğurlu bir demokratiyanın beynəlxalq humanitar hüquqa uyğun olmasını gözləyirik".

Bu barədə İngiltərə Xarici İşlər Naziri Devid Kemeron ölkəsinin İsrailin özünü müdafiə haqqına verdiyi dəstəyə işarə edərəkən qeyd edib.

Kemeron "The Sunday Times" üçün yazdığı məqalədə İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana keçən 6 ayı dəyərləndirib.

Beynəlxalq yardım təşkilatı "World Central Kitchen" (WCK) işçilərinə hücuma toxunan Kemeron 3 Britaniya vətəndaşının da həyatını itirdiyini xatırladıb.

İsrailin səhvini qəbul edib məsuliyyəti öz üzərinə götürdüyünə diqqət çəkən Kemeron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.

Kemeron, "Aylardır ki, baş nazir (Rishi Sunak) və mən İsraili Qəzzaya daha çox yardım etməyə çağırırıq və həll edilməsi lazım olan problemlərə diqqət çəkirik",-deyə bildirib.

Mövsüm

Aznews.az