- Fanat
- 18:59
- 2 036
"Sabah" Premyer Liqada növbəti qələbəsini qazanıb
Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Aznews.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
88-ci dəqiqədə Kahim Parris fərqlənib.
Xallarının sayını 52-yə çatdıran Bakı klubu liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.
Günün ilk görüşündə "Şamaxı" "İmişli" ilə bərabərə qalıb - 0:0.
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni, "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (hər ikisi 2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" qarşılaşması qolsuz başa çatıb. Turun "Neftçi" - "Qarabağ" oyunu isə qeyri-müəyyən müddətə təxirə salınıb.