- Dünyanın halı
- 29 Aprel 13:56
- 1 802
Britaniya Yəmən sahillərində daha bir insident barədə məlumat verib
Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) bəyanatında deyilir ki, Yəmən sahillərində daha bir insident qeydə alınıb.
“UKMTO Yəmənin Əl-Muxa şəhərindən 14 dəniz mili cənub-qərbdə insident barədə məlumat alıb”, - deyə məlumatda bildirilir.
"Səlahiyyətlilər araşdırma aparır. Gəmilərə ehtiyatla tranzit keçmələri və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur", - agentlik əlavə edib.
Mövsüm
Aznews.az