Tbilisidə parlament binasının qarşısında aksiyada 13 nəfər saxlanılıb

Tbilisidə parlament binasının qarşısında keçirilən aksiyada 13 nəfər saxlanılıb.

Aznews.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Bildirillib ki, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.

DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.