- Dünyanın halı
- 30 Aprel 13:17
- 1 640
Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər həlak olub
Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində narkotik kartelinə qarşı keçirilən əməliyyat zamanı 9 əsgər həlak olub.
Bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.
"Mən Körfəz Klanına qarşı əməliyyatlarda əsgərləri təchiz edərkən yerə düşən Ordu helikopterinin doqquz üzvünün ölümünə yas tuturam" deyə prezident X səhifəsində qeyd edib.
O, hadisənin təfərrüatlarını açıqlamayıb.
Kolumbiya Silahlı Qüvvələrinin məlumatına görə, Kolumbiyanın hava hücumu aviasiya diviziyasına məxsus Mi-17 helikopteri Bolivar ştatında qəzaya uğrayıb.
Mövsüm
AzNews.az