ABŞ ordusu Husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb

ABŞ ordusu Qırmızı dənizdə husilərə məxsus pilotsuz təyyarəni məhv edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb .

Qeyd olunur ki, pilotsuz təyyarə Qırmızı dənizdə "USS Philippine Sea" və "USSSLABOON" gəmilərinə doğru gedirdi. Departament həmçinin bildirib ki, husilər Malta bayrağı altında dalğalanan "MV Cyclades" istiqamətində üç gəmi əleyhinə ballistik raket (ASBM) və üç pilotsuz təyyarə atıblar.

Bununla belə, nə ticarət gəmisinə, nə də ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilərə ziyan dəyib.

Mövsüm

Aznews.az