Norveç Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri sərtləşdirir

Norveç Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əlaqədar Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətləri daha da sərtləşdirmək qərarına gəlib.

Ədliyyə naziri Emilie Enger Mehl verdiyi yazılı açıqlamada "Ukraynaya qarşı qeyri-qanuni müharibə səbəbilə" Rusiya vətəndaşlarının ölkəyə girişi üçün viza prosedurunu sərtləşdirməyə qərar verdiklərini açıqlayıb.

Qərar çərçivəsində Norveçə turizm və ya prioritet olmayan səbəblərlə səyahət etmək istəyənlərin sərhədi keçməsinə icazə verilməyəcək, ancaq yaxın ailəsi bu ölkədə yaşayan, Norveç və ya Şengen üzvü ölkələrdə təhsil alan tələbələr bu qərardan azad ediləcək.

Mövsüm

Aznews.az