- Toplum
- 16 İyun 2024 09:00
- 6 689
Bakıda Təzəpir məscidində bayram namazı qılınıb
Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.
İbadətdə sakinlər və bir sıra din xadimləri iştirak ediblər.
Namaza Hacı Şamil Rəsulov rəhbərlik edir
Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.