Hindistan Rusiyadan iki freqat alacaq

Hindistan Hərbi Dəniz Qüvvələri bu sentyabr və gələn fevral aylarında Rusiyanın Kalininqrad şəhərindəki Yantar tərsanəsində istehsal edilmiş iki "Project 11356" freqatını alacaq.

Bu barədə "The Hindu" qəzeti Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır.

Mənbələrin məlumatına görə, ilk gəmi olan Tuşil sentyabrda təhvil veriləcək. "İstifadəyə verən heyət bu ayın əvvəlində Rusiyaya çatıb", - mənbə bildirib. “İkinci “Tamal” gəmisinin 2025-ci ilin fevralına qədər təhvil verilməsi gözlənilir”, o əlavə edib.

Mövsüm

AzNews.az