BMT İsraili "jurnalistləri öldürməyi dayandırmağa" çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları İdarəsi İsrail ordusuna Qəzzada hücumların mülki şəxslərə təsirini minimuma endirmək və jurnalistlərin öldürülməsinə son qoymaq çağırışlarını təkrarlayıb.

BMT-nin İnsan Haqları İdarəsi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda Əl-Cəzirə telekanalının müxbiri İsmayıl əl-Gül və operator Rami er-Rifinin həlak olması ilə bağlı yazılı açıqlama verib.

Açıqlamaya görə, İsrail iyulun 31-də 27 yaşlı Əl-Cəzirə müxbiri əl-Gül və 26 yaşlı fotoqraf Er-Rifi avtomobillərinə pilotsuz təyyarə ilə hücum edərək öldürüb, velosiped sürən fələstinli uşaq da ölüb.

Açıqlamada Gül və Rifinin İranda sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin evinin olduğu Qəzza zolağındakı Şati Qaçqınlar Düşərgəsi yaxınlığında məsələ ilə bağlı məlumat verdikdən sonra maşınlarının hədəfə alınaraq öldürüldüyü bildirilib.

Mövsüm

AzNews.az