- Dünyanın halı
- 11:41
- 842
İsveçdə avtobusun qəzaya uğraması nəticəsində 50-dən çox insan xəsarət alıb
İsveçdə tələbələrin iştirakı ilə avtobus qəzası nəticəsində 56 nəfər yaralanıb.
Bu barədə yerli "Sweden Herald" qəzeti xəbər verib .
"Şənbə günü səhər Storuman və Vilhelmina arasında baş verən qəzada 56 nəfər yaralanıb. On nəfər təcili yardım maşını ilə xəstəxanaya aparılıb", - məlumatda deyilir.
Bildirilir ki, hazırda səkkiz zərərçəkən tibb müəssisələrində qalır, qalanlarının müalicəsi ambulator olaraq davam etdiriləcək.
Mövsüm,
AzNews.az