- Dünyanın halı
- 14:38
- 3 417
İsrailli rəsmi: İrana qarşı kampaniya gözləniləndən daha uğurlu davam edir
İsrail və ABŞ-ın İrana qarşı kampaniyası "gözləniləndən daha yaxşı gedir".
İsrailin yüksək rütbəli rəsmisi "The Times of Israel" qəzetinə bu barədə bildirib.
"Heç kim bu qədər rəvan icra gözləmirdi", — deyə rəsmi qeyd edib. "Atılan bu qədər böyük həcmli sursatlar və tələb olunan mürəkkəb koordinasiya səviyyəsi fonunda — belə bir uğurun bu qədər qısa müddətdə əldə olunacağını heç kim təxmin edə bilməzdi".
Rəsmi hələ görüləsi çox işin olduğunu vurğulasa da, "əldə olunan nailiyyətlər epik xarakter daşıyır" deyə əlavə edib.
Mövsüm,
AzNews.az