- Dünyanın halı
- 11:01
- 1 038
Financial Times: ABŞ-İran memorandumu İsrail üçün strateji zərbə sayılır
ABŞ və İran arasında imzalanan memorandumda İsrailin əsas tələbləri nəzərə alınmayıb.
Bu barədə Financial Times nəşri yazıb.
Nəşrin məlumatına görə, sənəddə İranın dəstəklədiyi qüvvələrin fəaliyyəti və Tehranın ballistik raket proqramının məhdudlaşdırılması ilə bağlı İsrailin irəli sürdüyü şərtlər yer almayıb.
Qəzetə danışan keçmiş israilli rəsmilərdən biri vəziyyəti İsrail üçün “strateji fəlakət” adlandıraraq bildirib ki, ölkənin mövqeyi müharibədən əvvəlki dövrlə müqayisədə daha zəifləyib və Vaşinqtonla əvvəlki səviyyədə koordinasiya qalmayıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə İsraildəki narazılıqlara cavab olaraq israilliləri “reallığı qəbul etməyə” çağırıb.
ABŞ-nin İsraildəki keçmiş səfiri Den Şapiro hesab edir ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu imkanlarını olduğundan artıq qiymətləndirərək əlverişli strateji mövqelərini itiriblər.
Məqalədə qeyd olunur ki, münaqişə zamanı itkilər versə də, Tehran əldə olunan razılaşmadan sonra öz mövqelərinin gücləndiyini düşünür.
Mövsüm,
AzNews.az