Azərbaycanın “dəmir yumruğ”unu unudanlar öz xalqını yeni fəlakətə sürükləyir; njdeçi revanşistlər tarixin kuzovuna atılacaqmı? İrəvan üçün tarixi seçim anı yetişib... Azərbaycanın “dəmir yumruğ”unu unudanlar öz xalqını yeni fəlakətə sürükləyir; njdeçi revanşistlər tarixin kuzovuna atılacaqmı? İrəvan üçün tarixi seçim anı yetişib...

“Ermənistan” qayığı batır - geridönüşü mümkünsüz edən kritik nöqtə

Azərbaycanın “dəmir yumruğ”unu unudanlar öz xalqını yeni fəlakətə sürükləyir; njdeçi revanşistlər tarixin kuzovuna atılacaqmı? İrəvan üçün tarixi seçim anı yetişib...

Məğlub, yoxsul və azsaylı erməni xalqı müharibə etməyi, hərbi revanş götürməyi bir daha ağlının ucundan belə keçirməməlidir. Bunu həmişəlik unutmalıdır. Bir sıra erməni tanınmış simaların da etiraf etdikləri kimi, çünki bu balaca xalq (Yer üzündəki ermənilərin sayı 5 milyondan çox deyil) qonşulara münasibətdə yalnız sülhpərvər siyasəti tərcih edəcəyi təqdirdə təhlükəsizlik və rifah içində yaşaya, öz mövcudluğunu davam etdirə bilər.

Bunun əksi, başqa sözlə, kasıb əhalinin boğazından kəsib işğalçı ordu saxlamağın lüksü nəyə gətirə bilərsə, hazırda ermənilər elə onu yaşayırlar: hərbi darmadağının ardınca dövlət olaraq tam fiasko vəziyyəti, iqtisadi kollaps, sosial-humanitar fəlakət, ölkədən kütləvi köç. Başa daha nələr gəlməlidir ki, bədnam qonşular eyni bataqlığa təkrar girməməyin zəruriliyini dərk etsinlər?

*****

İkinci tərəfdən, Ermənistanda gərək unutmasınlar ki, Azərbaycan II Qarabağ savaşından, ümumən 30 illik konfliktdən çox ciddi nəticə çıxarıb və ərazimizdə erməni separatizminin baş qaldırmaması üçün çox keyfiyyətli bir “vaksin” hazırlayıb. Bu “vaksin” hər zaman əlimizin altında olacaq. Boşluğa, arxayınçılığa yol verilməyəcək.

Dəmir yumruq

Bundan ötrü həmçinin qardaş Türkiyə ilə hərbi ittifaq, ordu quruculuğu xüsusi diqqətdə saxlanacaq, “dəmir yumruq” radikal-faşist erməni ünsürləri üçün daima çəkindirici rolda olacaq, onların başı üzərində həmişə asılı vəziyyətdə qalacaq. Necə ki, indinin özündə məhz belədir. Azad edilmiş ərazilərimizdə açıq səma altında yaradılacaq işğal muzeyləri isə erməni iddialarına qarşı “peyvəndimizin” təsirini ikiqat-üçqat güclü və əbədi edəcək. Buna kimsənin, özəlliklə də erməni faşistlərinin şübhəsi olmasın.

Odur ki, qonşu millət nasist Njdenin layiqli davamçıları olan qara-qışqırıqçıların, ultra-millətçi-daşnakların yaxa cırmasına, “ermənilərin milli-irqi üstünlüyü” barədə cəfəngiyyata məhəl qoymadan, nəhayət, özündə güc tapıb ağla qaranın fərqini özü üçün birdəfəlik ayırd etməlidir, geriyə deyil, qabağa baxmağı bacarmalıdır. Rusiyada, Qərbdə dəstək axtarmağa son qoyub, ən əvvəl öz yan-yörəsinə, inkişafa doğru gedən qonşuların uğurlarına nəzər salmaqda da fayda var. Yoxsa ki, bu minvalla dünyada erməni adında xalq qalsa belə, Ermənistan adlı cırtdan dövlət, sadəcə, yox ola bilər...

*****

“Məgər bu gün Ermənistan yox olmaq ərəfəsində deyil ki? Bəs ölkədəki həyatın yavaş-yavaş sönməsinə, əhalinin çıxıb getməsinə görə kim cavabdehdir? Azərbaycan və Türkiyəmi?!”

Tofiq Abbasov:

“Yeni Müsavat”ın məlumatına görə, sitat politoloq-jurnalist Tofiq Abbasovun Minval.az-dakı analitik məqaləsindəndir.

Təhlilçi haqlı olaraq qeyd edir ki, işğala, ekspansionizmə edilən stavkalar yalnızca Ermənistanın nüfuzuna xələl gətirməyib, həm də erməni xalqı üçün əsl fəlakətə çevrilib.

“Yanlış yoldan, ölümcül kobud səhvlərdən və öz xalqı və ümumi rifah naminə əsassız iddialardan imtina etmək daha yaxşı olmazmı?! İrəvan üçün tarixi seçim anı gəlib. Yenidən inamsızlığa, qəzəbə və nifrətə başlamağa dəyərmi?! Fəlakətli nəticəyə gətirən yoldan imtina etmək və ya qonşuların uğurlu modelini sınamaq daha yaxşı olmazmı?! Total millətçi təbliğat ermənilərin kütləvi şüurunda dağıdıcı düşüncənin diktaturasını hakim edib. Artıq hər şeyi qəti şəkildə dəyişdirmək zamanıdır. Əks təqdirdə, reqressiya geri dönüşü mümkünsüz edəcək nöqtəni keçəcək. Həmin nöqtə indi adi gözlə belə görünür”, - deyə müəllif sonda xəbərdarlıq edib.

*****

Ön önəmlisi odur ki, həmin kritik nöqtə Ermənistanda kimin hakimiyyətdə olması məsələsinə bağlı deyil. Yəni erməni cəmiyyəti, iqtidarlı-müxalifəti ilə birgə bütövlükdə tarixi seçim qarşısında dayanıb. Bu seçimin düzgünlüyü isə hakimiyyət dəyişikliyinə yox, məfkurə dəyişikliyinə bağlıdır. “Ermənistan” adlı gəmi batmaq üzrədir.

Belədirsə, aydın məsələdir ki, bu “qayıq”da kimin harada oturmasının əhəmiyyəti qalmır. Demək, məntiqlə Nikol Paşinyanı unutmaq, ilk növbədə batan “qayıq” haqda düşünmək lazımdır. Əslinə qalsa, erməni cəmiyyətinin böyük hissəsi bu dəqiqə hakimiyyət dəyişikliyi hayında deyil də.

“Düşünmürəm ki, erməni xalqı bütün bəlalarına görə Paşinyanı günahlandırır. Bu barədə yalnız müxalifətin mitinqlərinə qatılan və saytlarda məqalə dərc edənlər qışqırırlar. Lakin onların sayı Ermənistandakı 2 milyon əhali qarşılığında ən çox 10 min nəfərdir. Qışqıranlar və boğaz yırtanların sayı elə Ermənistan ordusunun son müharibədəki itkilərinin sayına bərabərdir”.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

Musavat.com-un məlumatına görə, bu sözləri rusiyalı tanınmış analitik-tarixçi Oleq Kuznetsov Axar.az.ru-ya deyib.

Onun qənatincə, Ermənistan əhalisinin əsas hissəsi səssizcə də olsa Nikol Paşinyanı dəstəkləyir və bunun ən yaxşı sübutu - baş nazirin 2018-ci il qaydalarına uyğun erkən parlament seçkiləri keçirmək haqda təşəbbüsünə Ermənistan cəmiyyətinin reaksiyasıdır. “Bundan sonra müxalifət sakitləşdi və anladı ki, əhali baş nazirdən və komandasından daha çox ona nifrət bəsləyir”, - deyə ekspert vurğulayıb.

Görüntünün olası içeriği: 5 kişi, şunu diyen bir yazı 'musavat.com Togrul Ismayil'

Qalır indi “qayığın” xilası. Bu isə yalnız Azərbaycan və Türkiyə sayəsində mümkün ola bilər. Ondan öncə isə njdeçi revanşistlər tarixin kuzovuna atılmalıdır...

Analitik xidmət,
“Yeni Müsavat”