- Müşahidə məntəqəsi
- 21 Noyabr 15:01
- 3 275
Bu addım Amerikanın imperializm ikiüzlülüyünü növbəti dəfə ortaya qoyur - Politoloq

“ABŞ senatı daim haqsızlığın, ədalətsizliyin əsas qalalarından biri olubdur. Azərbaycan əleyhinə çirkab kampaniyasının arxasında ömür boyu ABŞ-la bağlı qüvvələr dayanıbdır. Məhz ABŞ senatının qanunsuzluqlarının fonunda təkcə Cənubi Qafqaz regionu yox, dünyanın bir çox coğrafiyalarında əksikliklər və ədalətsizliklər üst plana çıxıbdır”.
Bunu AzNews.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
O deyib ki, bu gün Azərbaycanın regional gücdən qlobal gücə çevrilməsi və torpaqlarımızın işğaldan azad edilməsi Qərbi ciddi surətdə narahat edən nüanslardan biridir.
“Qərb bu prosesdə Azərbaycanın əlehinə fəaliyyət göstərmək üçün əlindən gələni göstərməyə çalışır. ABŞ Amerikada yerləşən “Anca” erməni milli komitəsi adlı diaspora təşkilatının təsiri altında Azərbaycanı özünün təsir dairəsinə salmaq istəyir. Sorğuçular vasitəsi ilə Ermənistanda yaratdığı iqtidarın əli ilə Cənubi Qafqazda möhkəmlənən ABŞ Azərbaycanı da təhlükəli ssenariyə cəlb etmək istəyir. Ancaq ABŞ-ın anlamadığı odur ki, Azərbaycan Ermənistan deyil və hansısa dövlətin siyasi təsir dairəsinə salmaq da mümkün deyil.
Ölkəmiz tam balanslı rasional xarici siyasət kursu keçirib. Eyni zamanda Azərbaycan regional yox, qlobal gücdür. Bu baxımdan ABŞ senatının Azərbaycana hərbi yardımı dayandıran aktı qəbul etməsi Amerikanın imperializm ikiüzlülüyünü və çirkin mahiyyətini növbəti dəfə ortaya qoyur”.
Rəfiqə NAMAZƏLİYEVA