Abel Məhərrəmov BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb. Abel Məhərrəmov BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb.

Abel Məhərrəmov Elmi Şuranı topladı və...

Abel Məhərrəmov BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb.

Bakı Dövlət Universitetində professor-müəllim heyətinin iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Universitetin mətbuat və informasiya şöbəsidən AzNews.az-a verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, o cümlədən BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı ətraflı məruzə edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova SABAH qruplarında tədrisin təşkili barədə məlumat veriblər.

Şura üzvlərinin məruzələr ətrafında fikirləri dinlənildikdən sonra Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru İfrat Əliyeva, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov universitetin Fəxri fərmanı, Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professorSabir Mirzəyev Təhsil Nazirliyinin Fəxri Fərmanı, Əmək və ekologiya hüququ kafedrasının professoruMayis Əliyevin Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” medalı ilə təltif olunub, Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professorİradə HüseynovayaTürk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilməsi münasibətilə diplom təqdim edilib.

İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description