"Hesab etmirəm ki, nazir sırf görüntü yaratmaq üçün belə bir addım atıb". "Hesab etmirəm ki, nazir sırf görüntü yaratmaq üçün belə bir addım atıb".

Rezin çəkməli nazir...

"Hesab etmirəm ki, nazir sırf görüntü yaratmaq üçün belə bir addım atıb".

"İnam Kərimov yeni nəsil təfəkkür sahibi olan şəxslərdən biridir. O bilir ki, adi ayaqqabı geyinib xidməti maşınla getsə, həmin sahədə gəzə bilməyəcək".

Bu günlərdə Kənd təsərrüfatı naziri İnam Kərimov Tərtər rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub. Bu zaman nazirin rezin uzunboğaz çəkmədə olması insanların diqqətindən yayınmayıb.

Nazirin əkin yerlərini və tarlaları belə gəzməsi sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Bəziləri baş verənlərin sırf görüntü üçün olduğunu iddia etsələr də, bunu müsbət qarşılayanların sayı da az olmayıb. Əksəriyyət nazirin davranışının olduqca sadə olduğunu, özünü xalqın içindən biri kimi təqdim etdiyini böyük rəğbətlə qarşılayıb.

Nazirin rezin çəkmə geyinməsini olduqca müsbət qarşılayan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında bildirib ki, İnam Kərimov yeni nəsil təfəkkür sahibi olan şəxslərdən biridir:

"O bilir ki, adi ayaqqabı geyinib xidməti maşınla getsə, həmin sahədə gəzə bilməyəcək. Ona görə də rezin çəkmələrdən istifadə edib. Ayaqqabı ilə gəzəcəkdisə, həm şalvarını, həm də ayaqqabısını yararsız vəziyyətə qoyacaqdı. Bu zaman özü ilə başqa ayaqqabı və geyim aparmalı idi. Adi rezin çəkmədir, keçirib ayağına və getdiyi əraziyə bu cür nəzarət edib. Hesab etmirəm ki, nazir sırf görüntü yaratmaq üçün belə bir addım atıb.

Hər zaman Kənd təsərrüfatı nazirinin avtomobilində çəkməsi olmalıdır. Əgər nazir tikintiyə baxan olsaydı, onda başına xüsusi və təhlükəsizlik üçün papaq qoymalı olardı. Bu da həmin faktlardandır. Belə hal ilk dəfə deyil. Məsələn, vaxtilə ulu öndər Heydər Əliyev də Baykal-Amur magistralının tikintisi ilə tanış olmaq üçün həmin əraziyə çəkmə ilə getmişdi. Hələ sovet dövründə bu qədər rütbəli və böyük əzəmətə sahib olan şəxs çəkmədən istifadə etmişdi. Ona görə də baş verənlərdə qeyri-adi nəsə axtarmaq lazım deyil”.

AzNews.az