"Prezidentin təşəbbüsü ilə həyata keçirilən layihələr xaricdə təqdirəlayiq hesab olunur". "Prezidentin təşəbbüsü ilə həyata keçirilən layihələr xaricdə təqdirəlayiq hesab olunur".

“Azərbaycanda münbit biznes mühiti var” - Maria Suvorovskaya

"Prezidentin təşəbbüsü ilə həyata keçirilən layihələr xaricdə təqdirəlayiq hesab olunur".

Martın 4-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Rusiyanın “Business-dialog media” təşkilatının baş icraçı direktoru, "Russian Business Guide" jurnalının baş redaktoru Mariya Suvorovskaya, nəşrin redaksiya heyətinin rəhbəri Vadim Vinokurov və Azərbaycan üzrə müşaviri Səadət Qarayevanı qəbul edib.

Əli Həsənov gələn qonaqları salamlayıb və onların isti münasibətini yüksək qiymətləndirib.

Maria Suvorovskaya qəbula görə Əli Həsənova öz təşəkkürünü bildirib: "Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən layihələr xaricdə, o cümlədən Rusiyada təqdirəlayiq hesab olunur. Tədqiqatımıza görə Azərbaycanda münbit biznes mühiti var. Buna görə də ümid edirəm ki, jurnalımız dünyanın müxtəlif bölgələrində yaşayan biznes cəmiyyətinin yeni və müxtəlif nümayəndələri üçün gözəl bir Azərbaycan açacaqdır".

O deyib ki, "Business-dialog media” təşkilatının "Russian Business Guide" jurnalının Azərbaycanda nəşrinə başlamağa hazırlaşırlar.

Görüşdə Rusiya-Azərbaycan biznes jurnalının nəşrinin çapı məsələsi müzakirə olunub. Həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluğa yönəldilmiş "Biznes Dialoq Media" və "Russian Business Guide" jurnallarının humanitar layihələrinin davam etdirilməsi və inkişafı barədə razılığa gəlinib.(palitranews.az)

AzNews.az