Meritokratik fiqur Sadiq Əliyev yeni vəzifədə: Sahil Babayev əmr imzaladı

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə vəzifəsindən azad edilib.

Bu barədə maliyyə naziri Sahil Babayev əmr imzalayıb.

Nazirin digər əmri ilə, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru vəzifəsinə Sadiq Əliyev təyinat alıb. Qeyd edək ki, S.Əliyev bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib.

S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

AzNews.az