"Ev sahibliyi üçün Azərbaycana təşəkkürümü bildirirəm" "Ev sahibliyi üçün Azərbaycana təşəkkürümü bildirirəm"

"Azərbaycanın müdrik rəhbərliyi altında bu, bizi həvəsləndirib"

"Ev sahibliyi üçün Azərbaycana təşəkkürümü bildirirəm"

"Bu sənəd qarşılıqlı etimadın artırılması, bir-birimizi tanımaq imkanlarının qurulması, siyasi sənədlərin yazılması, ekspert imkanlarının təmin edilməsi ilə bağlıdır".

AzNews.az xəbər verir ki, bu sözləri UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında çıxışı zamanı Norveç təmsilçisi deyib:

"Norveçə söz verdiyinizə görə sağ olun. Biz bu mühüm sənədi oxuduq və müzakirələr apardıq. Bu əslində qarşılıqlı etimadın artırılması, bir-birimizi tanımaq imkanlarının qurulması, siyasi sənədlərin yazılması, ekspert biliklərinin təmin edilməsi ilə bağlıdır. Dialoq əslində şəffaflığı daha da artırmalı, qərarların qəbul edilməsi prosesinə, konvensiyanın icrasına xidmət etməlidir. Bunda maraqlı müəyyən dairələr var. Hesab edirik ki, bu, prosedurlar qaydasına uyğun olmalıdır. Nəticədə biz şəffaf və ardıcıl prosesə nail olacağıq. Bu proses təsisatlara əsaslanmalı və sənədləşdirilməlidir. Hər hansı üzv dövlət bununla bağlı dialoqa açıq olmalıdır. Hesab edirik ki, konvensiyada iştirak edən dövlətlər bu dialoqun necə olmalı olduğunu bilməlidirlər".

Norveç nümayəndəsi sonda ev sahibliyi üçün Azərbaycana təşəkkürünü bildirib:

"Ev sahibliyi üçün Azərbaycana, nümayəndə heyətinə və xüsusən də Rəşad Baratlıya təşəkkürümü bildirirəm. Onlar məhz müvəqqəti işçi qrupu çərçivəsində nominasiya prosesindəki islahatların aparılması üzərində işləyiblər. Azərbaycanın müdrik rəhbərliyi altında bu, bizi həvəsləndirib. İstədik ki, gəlib əldə etmək istədiyimiz nailiyyətlərə sahib olaq".

Pərvanə Ağazadə

AzNews.az