Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub

Zakir Fərəcov Lüdviqshafendə Şəhər Günü tədbirlərinə qatıldı – FOTO

Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən “şəhər günü” tədbirlərinə qatılıb.

Lüdviqshafen şəhərində hər il 27-30 iyun tarixlərində şəhər günü tədbirləri təşkil olunur. Tədbirə Lüdviqshafen şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələri də dəvət olunub.

“Şəhər günü” tədbirləri çərçivəsində 27-ci şəhər festivalı – açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Qeyd olunub ki, iki şəhər arasında dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 iliyi münasibəti ilə 2017-ci ildə Sumqayıt şəhərində bayram tədbirləri təşkil olunub. Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub.

Bildirilib ki, bu illər ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.

Zakir Fərəcov Lüdviqshafen şəhərinin yeni bələdiyyə rəhbəri Yutta Ştaynruka fəaliyyətində uğurlar arzulayıb, nümayəndə heyəti adlndan xatirə hədiyyəsi təqdim edib.