"Bakı qonaqpərvər bir şəhərdir" "Bakı qonaqpərvər bir şəhərdir"

Fransa səfiri: “Azərbaycan inkişaf edir”

"Bakı qonaqpərvər bir şəhərdir"

"Fransa ilə Azərbaycanı qədim dostluq əlaqələri bağlayır. Bu əlaqələr təhsil, siyasi və iqtisadi sahələrdə gündən-günə möhkəmlənir".

Fransa səfirliyindən verilən məlumata görə, bu fikirləri Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib.

Onun sözlərinə görə, Azərbaycan inkişaf edir, iqtisadiyyatı böyüyür: "Azərbaycanlıların Avropaya və Frankofoniyaya marağı danılmazdır. Bunu Azərbaycandakı Fransız Universitetinin uğuru da təsdiqləyir. Bakı qonaqpərvər bir şəhərdir, dinamik və şəxsi heyətin sayı getdikcə artan yeni bir fransız liseyi var. Fransanın Azərbaycandakı səfirliyinin kollektivi həm Fransa ilə maraqlanan azərbaycanlıların gözləntilərinə cavab vermək, eyni zamanda fransız icmasına xidmət etmək və əlbəttə ki, ölkəmizin çiçəklənməsində iştirak etmək əzmindədir".(report.az)

AzNews.az