Əməliyyat “Amerika Xəstəxanası”da aparılacaq Əməliyyat “Amerika Xəstəxanası”da aparılacaq

Bu gün Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

Əməliyyat “Amerika Xəstəxanası”da aparılacaq

Hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

AzNews.az xəbər verir ki, bu barədə yaxınları məlumat yayıb.

Onların verdiyi məlumata görə, ikinci əməliyyat bu saatlarda başlayacaq.

Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı “Amerika Xəstəxanası”na köçürülüb.

Xatırladaq ki, hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az