Ermənistan XİN alçaqcasına dövlət məsuliyyətini inkar etməyə çalışır - Hikmət Hacıyev

"Hərbi zərurət yox idi"

“Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır".

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqca bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır", - deyə o qeyd edib.