“Ən yaxın zamanda Mehmetçik Azərbaycana gedəcək”

Məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb

“Ən yaxın zamanda Mehmetçik vəzifəsini icra etmək üçün Azərbaycana gedəcək”.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib.

O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb:

“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.