"Seçki qanunun bütün tələblərinə uyğun olaraq keçirildi" "Seçki qanunun bütün tələblərinə uyğun olaraq keçirildi"

"Qaliblər sırasında olacağam"- Mahirə Əmirhüseynova

"Seçki qanunun bütün tələblərinə uyğun olaraq keçirildi"

Dünən Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkilərdə iki nəfər- Əliməmməd Nuriyev və Mehriban Zeynalova müəyyən edilmiş minimum say həddindən artıq səs toplayaraq İctimai Şura üzvləri seçiliblər. Qalan 13 yerə 38 namizəd arasından üzv seçilməsi üçün iyunun 7-də növbəti tur təşkil olunacaq. Dünənki seçki ilə bağlı "XXI əsrin qadınları" İctimai Birliyinin rəhbəri və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mahirə Əmirhüseyinova AzNews.az analitik- informasiya portalına açıqlama verib.

Keçirilən seçkilərin tam şəffaf olduğunu vurğulayan Mahirə Əmiraslanova DİN-dən başqa heç bir qurumun İctimai Şurasına namizədliyini vermədiyini bildirir:

“Seçki qanunvericiliyin bütün tələblərinə uyğun olaraq keçirildi. Prosesi izləmək üçün seçicilərə və namizədlərə hər cür şərait yaradan DİN-nin rəhbərliyinə, komissiya üzvlərinə və nəzarət edən QHT- təmsilçilərinə təşəkkürümüzü bildiririk.

Hər bir ictimai birlik cəmiyyətə faydalı olmaq üçün təşkilatlanmalıdır.

İctimai birliyimiz 2003-cü ildən fəaliyyət göstərir. Seçkinin birinci mərhələsində 96 səs toplamışıq. İnanırıq ki, ikinci mərhələdə də obyektivlik tamamilə qorunacaq. Yüksək nəticə göstərərək qaliblər sırasında olacağıq”- deyə qeyd edib.

QHT sədri ictimai sektorun möhkəmlənməsinin dövlət və xalq arasında əməkdaşlığın qurulmasında zəruri olduğunu vurğulayıb.

Şəbnəm Zahir

AzNews.az