"Nadir müəllim çox səriştəli və savadlı, böyük təcrübəyə malik olan peşəkar idarəçidir" "Nadir müəllim çox səriştəli və savadlı, böyük təcrübəyə malik olan peşəkar idarəçidir"

Anar Bağırov Mediasiya Şurasının İdarə Heyətinin sədri ilə görüşdü

"Nadir müəllim çox səriştəli və savadlı, böyük təcrübəyə malik olan peşəkar idarəçidir"

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov arasında görüş olub.

AzNews.az xəbər verir ki, bu barədə A.Bağırov məlumat verib.

O, N.Adilovu Mediasiya Şurasının İdarə Heyətinin sədri seçilməsi münasibətilə vəkillər adından təbrik etdiyi və ona yeni vəzifəsində uğurlar arzuladığını deyib: "Təsisçilərindən biri kimi yeni formalaşan Şuranın idarə heyətinin işinə hər çür dəstək verməyə hazır olduğumuzu bildirdim. Nadir müəllim çox səriştəli və savadlı, böyük təcrübəyə malik olan peşəkar idarəçidir. Onun rəhbərliyi ilə ölkəmizdə mediasiya institutunun qısa zamanda öz layiqli yerini tutacağına tam əminəm".

A.Bağırov görüşdə həmçinin gələcək əməkdaşlıq barədə müzakirə apardıqlarını bildirib.