"Prezident neft kapitalını insan kapitalına çevirməyi prioritet kimi qəbul edir"

Ötən gün Prezident İlham Əliyev "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Sərəncam imzalayıb

Bu sənəd ölkə ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Bununla bağlı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli “Azerforum”a bildirib ki, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən hər zaman gənclərin xaricdəki nüfuzlu ali məktəblərdə təhsil almaq ənənəsi yenidən davam etdi. Bildiyiniz kimi, sovetlər dövründə ulu öndər bu ənənənin əsasın qoymuşdur. Sonradan bu ənənəni cənab Prezidentimiz də uğurla davam etdirdi. Belə ki, Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı qəbul olmuşdur. Sonradan bu proqramın müddəti bitdi və bunun geniş araşdırılması aparıldı. Magistratura və doktorantura pilləsində artıq təhsil imkanları üçün dövlət dəstəyinin göstərilməsinə başlanıldı. Amma gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil almaq imkanlarının genişləndirilməsi ilə bağlı dünən cənab Prezidentin imzaladağı sərəncam və bu sərəncəmdan irəli gələrək Nazirlər Kabinetinə iki ay müddətində yeni dövlət proqramının hazırlanması ilə bağlı tapşırığın verilməsi bütün Azərbaycan xalqının, o cümlədən gənclərimizin, tələbələrimizin, xarici ölkələrdə təhsil almaq həvəsində olan insanlarımızın çox böyük sevincinə səbəb olub".

Asif Əsgərli deyib ki, cənab Prezident hər zaman neft kapitalını insan kapitalına çevirməyi, müasir İKT biliklərinə yiyələnən gənclərin yetişdirilməsini özünün prioriteti kimi qəbul edir: "Azərbaycanda Təhsil Nazirliyi və digər qurumlar tərəfindən hər zaman bu işə müəyyən dəstək göstərilib. Amma xüsusi bir dövlət proqramının qəbul olunması və bütün bacarıqlı gənclərin gələcəkdə bu proqramdan istifadə etmək, faydalanmaq imkanının yaradılması çox təqdirəlayiq haldır. İnanırıq ki, bu dövlət proqramı gənclərimizin inkişafına təkan verməklə yanaşı, eyni zamanda Azərbaycanda layiqli, peşəkar, yüksək ixtisaslı kadrların formalaşması üçün də böyük baza rolunu oynayacaq".