Müvafiq əmr imzalanıb Müvafiq əmr imzalanıb

Vilayət Eyvazov deputatın atasını yüksək vəzifəyə təyin etdi

Müvafiq əmr imzalanıb

Ötən həftə işdən çıxarılan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisinə yeni vəzifə verilib.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunan polis polkovnik-leytenantı Xəqani Cəfərova Bakı Neft Emalı Zavodunun mühafizə üzrə Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Xəqani Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.