Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq

"Səhhəti ürəkaçan deyil, dövlət qurumları ilə danışdım"- MŞ sədri

Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq

"Jurnalist həmkarımız, uzun illərdən bəri tanıdığımz Qadir İbrahimlinin səhhəti şəxsən mənim, ümumən Azərbaycan Mətbuat Şurasının diqqətindədir. Respublika Xəstəxanasının rəhbərliyi ilə bir neçə də əlaqə saxlamışıq. Qadirin tezliklə sağlamlığına qovuşmasını arzulayırıq. Həkimlər də bunun üçün əllərindən gələni edirlər. Bir çox həmkarımın də bildiyi kimi, səhhəti hazırda ürəkaçan sayıla bilməz".

Bu barədə AzNews.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib. O, daha sonra deyib:

"Eyni zamanda onu da deyim ki, Qadir İbrahimlinin sağlamlıq durumu ilə əlaqədar müvafiq dövlət qurumları ilə də təmaslarım olub. İnanıram ki, müvafiq tədbirlər görüləcək. Allah Qadirə kömək olsun. Ümüd edək ki, səhhəti düzələcək".

AzNews.az