“Bu gün Azərbaycan vəkilləri elektron sorğu göndərə bilmirlər” “Bu gün Azərbaycan vəkilləri elektron sorğu göndərə bilmirlər”

“Elektron məhkəm sistemi təkminləşməlidir”- Anar Bağırov

“Bu gün Azərbaycan vəkilləri elektron sorğu göndərə bilmirlər”

“Halhazırda məqsədlərimizdən bir odur ki, elektron xidmətlər daha da genişlənsin. Elektron məhkəm sistemi təkminləşməlidir. Elektron xidmətlər geniş tətbiq olunmalıdır. Bu gün Azərbaycan vəkilləri elektron sorğu göndərə bilmirlər”.

AzNews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov mətbuat konfransında deyib.

O söyləyib ki, vəkillərin elektron sorğu göndərməklə bağlı problemləri var. Bu onlar üçün böyük vaxt itkisinə səbəb olur:

“Elektron sorğuyla bağlı problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir. Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu, tək bizim səlahiyyətlərimizdə deyil”, - deyə sədr vurğulayıb.

Şəbnəm Zahir