Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib

Vilayət Eyvazov rəisi təqaüdə göndərdi

Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, şöbə rəisi, polis polkovniki Etibar Babayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, E.Babayev 2016-cı ildə sabiq daxili işlər naziri Ramil Usubovun əmri ilə bu vəzifəyə təyinat almışdı. O, daha əvvəl Qəbələ ŞPİ-nin rəis müavini olub. Onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qohumu olduğu deyilir.(Qafqazinfo)