“Milli mədəniyyətimiz istedadlı soydaşımızı itirdi”

Kütləvi İnformasiya vasitələrində ağır bir xəbər oxudum. Şəxsiyyətinə böyük hörmət bəslədiyim və dost, səmimi münasbətlərdə olduğum Azərbaycanın əməkdar mədəniyyət işçisi, istedadlı televiziya prodüsseri, rejisor Oqtay Əliyev avtomobil qəzası nəticəsində faciəli şəkildə dünyasını dəyişmişdir. İstedadlı, gözəl insan, olduqca mənalı, şirin yumoru ilə yaddaşlarımızda yaşayacaq Oqtay Əliyev artıq aramızda yoxdur. Əminəm ki, onun milli məddəniyyətimizə göstərdiyi xidmətlər, verdiyi töhfələr əbədi olaraq yaddaşlarda yaşaycaqdır. Çox təəssüf ki, milli mədəniyyətimiz daha bir istedadlı soydaşımızı itirdi. Allah rəhmət eləsin. Nur içində uyusun. Amin! Fəzail Ağamalı, Millət Vəkili